Lotoreyada 158 milyon udan şəxsdən qeyri-adi hərəkət - FOTO

Lotoreyada 158 milyon udan şəxsdən qeyri-adi hərəkət - FOTO
Yamaykada lotoreya qalibi mükafatını almaq üçün təqdimetməyə qeyri-adi şəkildə gəlib.
 
A.Kampbel adlı uğurlu adam ötən ilin noyabr ayında 158 milyon Yamayka dolları (1 milyon 174 min ABŞ dollar) cek potunun qalibi olub. Kimliyinin gizli qalmasını istəyən Kampbel 2 aydan çox mükafatını almaq üçün ortaya çıxmayıb. Nəhayət. ortaya çıxan lotereya milyonçusu mükafatını almaq üçün maskada gəlib.
 
Amerikanın məşhur "Qışqırıq” filminin personajının maskasını geyinən Kampbel uduş çekini götürüb. Kampbel bu addımı cinayətkarların hədəfinə tuş gəlməmək üçün atdığını qeyd edib. Qazandığı mükafata əvvəlcə bir ev almaq istədiyini deyən şanslı adam pulun qalan hissəsiylə də kiçik biznesini böyüdəcəyini bildirib.
 
Qeyd edək ki, bundan əvvəlki mükafatlandırma mərasiminə başqa bir uduşçu emoji maskasında gəlibmiş.

OXŞAR XƏBƏRLƏR