Milyareder Trampa qarşı 500 milyon xərcləyəcək

Milyareder Trampa qarşı 500 milyon xərcləyəcək
Blumberqin onun prezident seçilməməsi üçün milyonlar sərf edə bilər

ABŞ prezidenti Donald Trampla mübarizə üçün külli miqdarda pul ayrıla bilər. Bu addımı Nyu-Yorkun keçmiş meri milyarder Maykl Blumberq atmaq niyyətindədir.

Eyni adlı informasiya agentliyinin də yaradıcısı olan Blumberq Trampın ikinci dəfə prezident seçilməməsi üçün şəxsi vəsaitindən 500 milyon dollar pul ayıra biləcəyini açıqlayıb. 

Bu vəsait Blumberqin Trampa qarşı xərcləmək istədiyinin son həddi deyil. Əgər milyarderin özü də seçkiqabağı yarışa qoşularsa daha çox pul xərclənə bilər. Hətta o Trampın 2016-cı ildə seçki kampaniyası üçün xərclədiyi pulu da ötəcək.

OXŞAR XƏBƏRLƏR