Dünyanın ən ağır xəstəliklərindən birinə tutulub - 25 yaşı var, amma uşaq kimi görünür
23:01 / 13.02.2019
3569
Polşada yaşayan 25 yaşlı Tomas Nadolski dünyanın ən çətin xəstəliklərindən birindən əziyyət çəkir.
Sfera.az medicina.az-a istinadən xəbər verir ki, o, gənc olmasına baxmayaraq, fabry adlı xəstəlik səbəbindən balaca uşaq kimi görünür. Nadolskinin üzünə baxanda ona 12-13 yaşdan artıq vermək olmaz.
Nadolskinin problemləri 7 yaşı olanda başlayıb və yediyi hər yeməyi qaytarıb. Daha sonra onun qarnında, əllərində və ayaqlarında ağrılar yaranıb. Uzun müddət həkimlər oona diaqnoz qoya bilməyib. Hətta onun fiziki deyil, psixi problemi olduğunu düşünənlər də olub.
Xəstəliyi barədə danışan Tomas bunları deyib: "Ailəm həkimlərə inanırdı və daha çox yemək yeməli olduğunu düşünürdülər. Evdə olanda sadəcə otağımda otururdum və zamanımı tənha keçirirdim. Özünü yalnız hiss edirdim. Ailəmin dəstəyini hiss etmirdim. Xəstəlik ailə münasibətlərimizi məhv etdi. Uzun müddətdir özümü tənha hiss edirəm.
25 yaşım var, öz yaşıdlarım olan kişilər kimi görünmək istəyirəm. Hər gün güzgüdə gördüyüm bu oğlan uşağından nifrət edirəm, çünki o, mən deyiləm”.
Xəstəliyinin çox ağrılı olduğunu, hər yerinin ciddi şəkildə ağrıdığını deyən Nadolski ayağına xüsusi ayaqqabı geyinir. Ona 20 saatdan bir sistem köçürülür və ciddi ağrılarına görə mörfin vurulur.
Medicina.az