MOSSAD rəhbəri Səudiyyə Ərəbistanı iə razılığa gəlib- Şok iddia
17:11 / 13.02.2019
3234
İşğalçı İsrail rejiminin xüsusi xidmət orqanı olan MOSSAD-ın sabiq rəhbəri Tamir Pardo Səudiyyə Ərəbistanına səfər reallaşdırıb.
Bu barədə İsrail rejiminin "Kanal 13" televiziyası məlumat yayıb. Məlumatda bildirilir ki, səfər 2014-cü ildə Tamir Pardo vəzifədə olarkən baş tutub. Tamir Pardo səfəri zamanı Səudiyyə Ərəbistanının o dövrdəki kəşfiyyat naziri Bəndər ibn Sultan ilə görüşüb. Bu görüşdə gizli razılaşma olduğu bildirilir.