Ermənistanda Ter-Petrosyanın həbs edilməsi istənilir

Ermənistanda Ter-Petrosyanın həbs edilməsi istənilir
Ermənistanın eks-prezidentinə qarşı cinayət işinin qaldırılması tələb olunub.
 
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın keçmiş xüsusi xidmət orqanının əməkdaşı Artur Poqosyan özünün "Facebook” hesabında bu barədə yazıb.
 
Poqosyan 1995-ci il parlament seçkiləri və 1996-cı il prezident seçkilərinin saxtalaşdırılmasına görə, eks-prezident Levon Ter-Petrosyanı və onun rəhbərlik etdiyi Ermənistan Ümummilli Hərəkatı partiyasının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
 
"1995-ci ildə mən 97-ci motoatıcı briqadanın komandir müavini olmuşam. 1996-cı ildə isə milli təhlükəsizlik sisteminin hərbi əks-kəşfiyyat bölməsində baş əməliyyatçı. Mən o dövrdə baş verənləri yaxşı bilirəm və məhkəməyə o zaman baş verən saxtakarlıqlarla bağlı sənədlər təqdim etməyə hazıram”, - deyə Poqosyan yazıb.

Sfera.az

OXŞAR XƏBƏRLƏR