Şimali Koreya əhalisinin yarıdan çoxu acdır

Şimali Koreya əhalisinin yarıdan çoxu acdır
Şimali Koreya əhalisinin yarısına yaxını (40%) qida çatışmazlığı ilə üzləşib.
 
Sfera.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.
 
Təşkilatın sənədində deyilir ki, Şimali Koreyada hər dörd nəfərdən biri qida təhükəsizliyinin olmamasına görə riskli vəziyyətdədir. Təqribən 19 milyon adam (əhalinin dörddə üçü) dövlətin ərzaq paylaşımından asılıdır.
 
Hesabatda xüsusi qeyd olunur ki, kütləvi aclıq daha çox uşaqlara təsir göstərir. 6-24 aylıq uşaqların 30%-dən çoxu lazım olan kalorini və vitaminləri ala bilmirlər. Dörddə biri isə xroniki doyumsuzluqdan əziyyət çəkirlər. Şimali Koreyada humanitar problemlərə səbəb son 6 ildə baş verən quraqlıq, sel və digər təbii fəlakətlər təsir göstərib. BMT donor ölkələrə ŞKXR-nın 513 min insanına yardım göstərmək üçün 10 milyon dollar ayırmağa çağırıb.
 
Şimali Koreya 90-cı illərdən başlayaraq tez-tez qida problemiylə üzləşib. SSRİ tərəfindən dotasiyanın kəsilməsindən sonra vəziyyət ciddi şəkildə pisləşib. Baş verən aclıqdan bəzi hesablamalara görə bir neçə yüz min, bəzi hesablamalara görə isə bir neçə milyon adam tələf olmuşdu. Uzun müddətdi ŞKXR-da ərzaq məhsulları üçün kart sistemi tətbiq olunur.

OXŞAR XƏBƏRLƏR