\"Paşinyana yeni bir şou lazımdır\"

\
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Serj Sarkisyanı satmayıb, amma sabiq prezident həbs edilə bilər.

Məlumata görə, Serj Sarkisyan dindirilmələrinin birində Seyran Ohanyanla üzləşib.
"Ohanyanın Sarkisyana qarşı ifadə verməsinə dair məlumatlar doğru deyil. Biz Ohanyanın nə dediyini bilirik -  "Sarkisyan mənim ali baş komandanımdır”. Bir sözlə, Ohanyan düzgün davranıb ", - Sarkisyana yaxın bir mənbə bildirib.

Lakin həmin mənbə Sarkisyanın sonunda  həbs oluna biləcəyini də istisna etməyib və hər şeyin buna apardığını deyib: 

"Bununla belə, həbs üçün heç bir əsas yoxdur, digər hallarda olduğu kimi. Hakimiyyətin reytinqi güclü şəkildə düşməkdədir, yeni bir şou lazımdır və onu yalnız belə təmin etmək olar”.1news


OXŞAR XƏBƏRLƏR