Müxalifətdən Maduroya gözlənilməz jest
18:30 / 13.02.2019
2702
Venesuela müxalifəti fəaliyyətdə olan prezident Nikolas Maduronun gələcəkdə seçkilərdə namizədliyini irəli sürməsini qadağan etmək niyyətində deyil.
Bunu Romada səfərdə olan Venesuela parlamentinin spikeri Xuan Quaydonun nümayəndə heyətinin üzvləri bəyan ediblər.
Deputat Qabriel Qallonun sözlərinə görə, Maduro prezident qismində deyil, yalnız sıravi vətəndaş kimi öz namizədliyini sərbəst irəli sürə bilər.
Venesuela parlamentində hesab edirlər ki, Maduronun namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı Sosialist Partiyası qəbul etməlidir.
Q.Qallon həmçinin qeyd edib ki, Venesuelada heç kim bir diktaturanı digər diktatura ilə əvəzləmək niyyətində deyil. Onun sözlərinə görə, ölkədə demokratiya bərqərar olacaq.