Trampın Ağ Evdə niyə it saxlamadığı ilə bağlı maraqlı izahı

Trampın Ağ Evdə niyə it saxlamadığı ilə bağlı maraqlı izahı

ABŞ prezidenti Donald Tramp sələflərindən fərqli olaraq itlərinin olmaması səbəbini izah edib.

Bu barədə "The Washington Post"da yazılan məlumatda bildirilir ki, ötən ilin noyabrında Amerika müğənnisi və aktrisa Barbara Streyzand diqqəti buna yönəldib.

"Niyə prezidentin itləri yoxdur? O, 120 il ərzində Ağ Evdə itləri olmayan birinci prezidentdir", - deyə Streyzand təəccüblə bildirib.

Bir gün əvvəl Tramp bunun səbəblərini izah edib.

"Düzünü desəm, mən buna etiraz etmirəm, amma vaxtım yoxdur. Ağ Evin çəmənliyində iti gəzdirərkən necə görünərdim?", - deyə Tramp tərəfdarları qarşısındakı çıxışında bildirib.

Trampın sözlərinə görə, o, itlə "saxta" görünəcək.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev rəhbəri əvvəlki ABŞ prezidentlərinə nisbətən daha çox işlədiyini bildirərək diqqət çəkmişdi.


OXŞAR XƏBƏRLƏR