Universitetdə dolaşan qadın hərəkəti ilə qızları qorxutdu

Universitetdə dolaşan qadın hərəkəti ilə qızları qorxutdu
ABŞ-ın Merilənd ştatında olan Touson universitetində maraqlı hadisə yaşanıb.
 
Belə ki, tələbələr universitetin rəhbərliyinə bildiriblər ki, 50 yaşlarında olan bir qadın qızlara oğlan şəklini göstərib onlara bəyənib-bəyənmədiklərini soruşub. İşə polis də qarışdıqdan sonra təhlükəsizlik kameralarına baxılıb. Tələbələrin söylədiyi kimi qadın qızlara yaxınlaşaraq onlara şəkil göstərib. Daha sonra qadın saxlanılaraq polis bölməsinə gətirilib. İfadəsində qadın bildirib ki, oğlunun sevgilisi yoxdu. 14 fevral sevgililər gününə oğlunun bir qız dostuyla girməsinə çalışır. Ona görə də, oğluna qız axtarır. Telefonda oğlunun şəklini göstərməklə onu bəyənəcək qızın sorağındadır.

Sfera.az

OXŞAR XƏBƏRLƏR