Saakaşvili: Poroşenko qalib gəlsə, Ukrayna yox olacaq

Saakaşvili: Poroşenko qalib gəlsə, Ukrayna yox olacaq
Gürcüstan sabiq prezidenti Mixail Saakaşvili Ukraynada prezident seçkiləri ilə bağlı "DW" nəşrinə müsahibə verib.  Saakaşvili müsahibə zamanı hazırki prezident Pyotr Poroşenkonun qalib gələcəyinə inanmadığını deyib və onu seçiciləri pulla almaqda ittiham edib.
 
"Mən inanmıram ki, onun yüksək reytinqi var və seçkidə qalib gəlmək şansı olsun. O, Gürcüstanda istifadə edilən pulla almaq sxemini işə salıb. Mənim təxminlərimə əsasən, 400 mln. dollar səslərin alınmasına ayrılıb. Gürcüstanda əhalinin sayına nisbətdə daha çox idi. Amma Gürcüstandan fərqli olaraq, Ukrayna - çox böyük ölkədir. Burada digər partiyaların da pulları var. Mənə elə gəlir ki, İvanişvili ilə müqayisədə bu, Ukraynanı Poroşenkodan tez bir zamanda yaxa qurtarmasına kömək edəcək. Əgər dəyişiklik olmasa, Poroşenkonu dəyişməslər, Ukrayna dövləti öz mövcudluğunu itirəcək ",-deyə Saakaşvili vurğulayıb.FaktXəbər

OXŞAR XƏBƏRLƏR