“Minsk qrupu torpaqları Azərbaycana qaytarmaq istəyir” – Köçəryandan sensasion iddia

“Minsk qrupu torpaqları Azərbaycana qaytarmaq istəyir” – Köçəryandan sensasion iddia
"Ermənistan hökuməti qoşunların təmas xəttindəki Silahlı Qüvvələrin döyüş qabiliyyətini gücləndirmək yerinə, Suriyaya hərbi missiya göndərir”.

Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətdən sonra Azərbaycandan verilən bütün açıqlamaları ciddiyə almalıdır:

"Bu baxımdan, Paşinyanın "sülh bölgəsi”nin yaradılması fikirləri anlaşılmazdır.

Məlumdur ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı müzakirələrin əsas prinsipi, mübahisəli ərazilərdəki erməni birliklərinin çıxarılmasına yönəlikdir. Amma bu sual bəlli deyil ki, Paşinyan müzakirələri hansı istiqamətdə aparır”.Teleqraf


OXŞAR XƏBƏRLƏR