Rusiyada banklar iflas həddindədir

İqtisadiyyat
19:48 / 12.02.2019
2903
Rusiyada, təxminən 150 kiçik bank iflas həddindədir.
Sfera.az xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiyanın maliyyə bazarının iştirakçıları bildiriblər.
Bu ilin əvvəlindən sığortaların kiçik və orta biznes hesablarına da təsir etməsindən və ödəniş haqlarının artmasından sonra Əmanətlərin Sığortalanması Agentliyinə (ƏSA) artan ayırmalar banklar üçün ağır yük olub.
ƏSA-ya çox yüksək ayırmalarla bağlı problemi həll etmək üçün ayrıca İşçi Qrupu yaradılıb.