93 milyon dollarlıq sərvəti olduğunu təsadüfən bildi - FOTO

93 milyon dollarlıq sərvəti olduğunu təsadüfən bildi - FOTO
Filippində bir nəfər illərdir yastığının altında olan milyonlarla dollar dəyərində sərvətdən xəbərsiz yaşayıb.
 
Sfera.az xəbər verir ki, balıqçılıqla məşğul olan bir şəxs dənizdən nəhəng mirvari tapıb. İllərlə onu uğur simvolu kimi başının altında saxlayıb. 30 sm eni və 67 sm uzunluğu olan mirvari 6,4 kq-dır. Tapıntının qiyməti bir müdət əvvəl meydana çıxıb.
 
Balıqçı mirvarini sərgiləmək üçün Puerto bələdiyyəsinin turizm sektorunda işləyən xalasına verib. Daha sonra ekspertlərin diqqərini çəkən inci tədqiq olunub və qiymətinin nə az, nə çox 93 milyon dollar olduğu məlum olub.


OXŞAR XƏBƏRLƏR