ABŞ generalı: "Artıq Suriyadakı ABŞ qüvvələrinin çıxarılmasına başlayırıq"

ABŞ generalı:
ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinə nəzarət edən ABŞ-lı general Cozef Votel prezident Donald Tramp tərəfindən verilən əmrin bir həftə ərzində icrasına başlanacağını açıqlayıb.  
 
ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel, "Qüvvələrimizin Suriyadan çıxması ABŞ-ın dəstəklədiyi qüvvələrin İraq sərhədində İŞİD-ə qarşı əməliyyatından aslıdır", - deyə bildirib.   "ABŞ ordusu artıq Suriyadan avadanlıqlarını çıxarmağa başlayıb. Yəqin ki, bir neçə həftəyə qüvvələrimiz də Suriyadan çıxarılacaq. Amma yenə də bölgədəki vəziyyətə görə hər şey dəyişə bilər", - deyə general Cozef Votel açıqlama verib. 


OXŞAR XƏBƏRLƏR