Daşnaklar Paşinyanı hədələdi: Siyasi meyit...

Daşnaklar Paşinyanı hədələdi: Siyasi meyit...
Daşnaksütyun Partiyasının artıq Ermənistan siyasətində rol oynamaması fikri həqiqəti əks etdirmir.

Bunu "Avrasiya Deyli” portalına açıqlamasında partiyanın lideri Armen Rüstəmyan deyib.

"Ermənistan tarixində Daşnaksütyun Partiyasının hətta ölkədən qovulduğu dövrlər olub, amma partiya mövcud olmağa davam edib. SSRİ-nin süqutundan sonra Ermənistan parlamenti formalaşanda Daşnaksütyun ümumiyyətlə seçkidə iştirak etməyib və parlamentdə də təmsil olunmayıb”, – deyə o bildirib.

Rüstəmyan hazırkı Baş nazir Nikol Paşinyana Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın taleyini xatırladıb:

"Azərbaycan problemin həllini özünün ərazi bütövlüyü çərçivəsində görür. Yəni erməni qoşunlarının çıxarılması və ərazilərin qaytarılmasını nəzərdə tutur. Paşinyan yaxşı ki, ermənilər üçün ərazi qarşılığında sülh formulunun qəbuledilməz olduğunu bəyan etdi. Bu mövqe həqiqətən Ermənistanın danışıqlarda çətin vəziyyətə düşməyəcəyi ilə bağlı hansısa ümid yaradır. Zamanında bu formul Levon Ter-Petrosyanın siyasi intiharına səbəb oldu. O, istefa verdi. Erməni reallığında bu məsələni belə həll etməyə çalışanlar siyasi meyit olacaqlar”.Axar

OXŞAR XƏBƏRLƏR