Səudiyyə Ərəbistanına şok cəza verilə bilər

Dünya
14:25 / 08.02.2019
2696
Avropa Komissiyası Səudiyyə Ərəbistanını və Panamanı kirli pulların yuyulmasına görə qara siyahıya ala bilər.
Bu barədə Avropa Komissiyası bu gün hesabat yayıb. Hesabatda bildirilir ki, hər iki ölkə kirli pulların yuyuması ilə mübarizə aparmayan ölkələrin siyahısına daxil ediləcək.
Qeyd edək ki, Avropa İttifaqının bu siyahıda 20-dən çox ölkənin adı var.