Düşmən Qarabağ səngərlərində yeni termal müşahidə cihazları quraşdırır?-FOTOLAR...

Düşmən Qarabağ səngərlərində  yeni termal müşahidə cihazları quraşdırır?-FOTOLAR...
Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən qanunsuz və işğalçı erməni hərbi birləşmələri təmas xəttindəki səngərləri bütün cəhətlərdən möhkəmləndirməyə çalışır.

 Erməni hərbçiləri cəbhə xəttinin "Azərbaycan tərəfdən hücumun gözləndiyi ən təhlükəli istiqamətlərindən biri”ndə hündürlükdə  yerləşdirilən yeni "teplovizor”lar –termal görmə cihazları quraşdırmağa başlayıblar. Bu barədə özünün "Facebook” profilində "Artsax”ın "qəhrəmanı” adlanan general-leytenant Arşavir  Qaramyan məlumat verib. Onun sözlərinə görə, ərazidə bir həftədir ki, gərgin iş aparılır .


"Səngərləri vətənpərvər əsgərlərimiz üçün daha rahat və təhlükəsiz etmək üçün fasiləsiz elektrik enerjisi verən günəş batareyaları və ətrafı geniş müşahidə etməkdən  ötrü termal müşahidə cihazları quraşdırırıq”-deyə düşmən generalı yazır.Moderator





OXŞAR XƏBƏRLƏR