Rǝcǝb Tayyib Ərdoğan: ‘‘Kürdlǝrlǝ heç bir zaman problemimiz olmayıb’’

Rǝcǝb Tayyib Ərdoğan: ‘‘Kürdlǝrlǝ heç bir zaman problemimiz olmayıb’’
Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Ərdoğan  Türkiyǝnin kürdlǝrlǝ heç bir zaman probleminin olmadığını ifadǝ edǝrǝk : ‘‘ Terror  tǝşkilatı PKK/PYD-ni yerli ǝhali ilǝ eynilǝşdirmǝk kürd qardaşlarımıza ǝn böyük tǝhqir olardı’’ deyib.

Rǝcǝb Tayyib  Ərdoğan  ABŞ Ticarət Palatası və Türk-Amerika Şurasının  üzvlərini qǝbul edib. İclasda çıxış edǝn Rǝcǝb Tayyib Ərdoğan deyib: ‘‘ Türkiyǝ vǝ ABŞ arasında ortaq maraqlara ǝsaslanan güclü, ǝhatǝli vǝ strateji müttǝfiqlik ǝlaqǝlǝri var. İki ölkǝ arasındakı ǝmǝkdaşlıq bir çox çǝtinliyin öhdǝsindǝn gǝlmişdir’’.

İclasda terrorla mübarizǝ mǝsǝlǝsinǝ dǝ toxunan Rǝcǝb Tayyib Ərdoğan  Türkiyǝnin terrorla mübarizǝ mǝsǝlǝsindǝ qǝrarlı olduğunu vurğulayıb.

Ərdoğan deyib: ‘‘Terror  tǝşkilatı PKK/PYD-ni yerli ǝhali ilǝ eynilǝşdirmǝk kürd qardaşlarımıza ǝn böyük tǝhqir olardı. PKK/PYD zülmündǝn qaçan kürd qardaşlarımız yalnız Türkiyǝyǝ sığınır’’.

ABŞ-ı  terror tǝşkilatı PKK/PYD-yǝ verdiyi  silah dǝstǝyinǝ görǝ tǝnqid edǝn Ərdoğan: ‘‘Amerika bunları  terror tǝşkilatı olaraq qǝbul edǝ bilmǝyib’’ deyib.

OXŞAR XƏBƏRLƏR