“Türkləri donuz əti yeməyə, donuzlarla yanaşı yatmağa məcbur etdilər...”- Rəzalət...

“Türkləri donuz əti yeməyə, donuzlarla yanaşı yatmağa məcbur etdilər...”- Rəzalət...
Uyğur müsəlmanları Çində "Donuz ili”ni dəhşət içində qarşılayır...  

Çinin "Sintzyan” adlandırılmış qədim Türküstan əyalətində yaşayan uyğur müsəlmanları haqda həyəcanlı xəbərlər gəlməkdə davam edir.  Məlumata görə, bu günlərdə Çin təqvimi ilə yeni "Donuz” ilinin gəlişi ilə əlaqədar ölkədə türk-müsəlman əhaliyə təhqiramiz təzyiqlər daha da güclənib.

 "SupChina” nəşrinin yaydığı məlumata görə,   Çin Kommunist partiyası bayram ərəfəsində müsəlmanları donuz haqqında şeirlər yazmağa, mahnılar bəstələməyə vadar edir, onları nəinki donuz əti yeməyə, bu murdar heyvanları evlərində saxlamağa və onlarla yanaşı yatmağa məcbur edirlər.  Donuz əti yeməyə məcbur edilən bəzi uyğurlar dəli olmaq dərəcəsinə çatırlar... Təbii ki, "yenidən tərbiyə" düşərgələrindəki uyğur dindaşlarımızın vəziyyəti daha ağırdır...


Çindəki türkləri donuzları "siyasi heyvan” adlandırmağa məcbur edirlər ki, guya "bu heyvanlar onları "qırmızı”, yəni kommunist olmağa öyrədəcək”...


Uyğur məmurlardan Şirəli Behit adlı birini  öz məqaləsində haram ət yeməyənləri "ikiüzlü” adlandırmağa və onların guya "3 şər qüvvənin təsiri altında(dini ekstremizm, etnik separatçılıq və  terrorçuluq) olduğunu” yazmağa  vadar ediblər. Bu cür misalları çox çəkmək olar...


Uyğurlar deyir ki, ötən illər onlara Çin təqviminə uyğun yeni ili  keçirmək vacib hesab edilmirdi. Lakin 2019-cu ildən müsəlmanları  uyğur xalqının tarixində ilk dəfə bu "bayramı” onlar üçün Ramazan və Qurban bayramlarından da əsas bayram kimi qəbul etdirməyə çalışırlar...Moderator

OXŞAR XƏBƏRLƏR