Erməni katalikosu Makrona təşəkkür etdi: Yalanı həqiqət kimi qəbul etdiyi üçün!

Dünya
08:30 / 08.02.2019
2516
Klikiya erməni katalikosu I Aram Fransa prezidenti Emmanuel Makrona 24 apreli qondarma "erməni soyqırımı”nı anma günü elan etdiyi üçün təşəkkür edib.
I Aram Fransa prezidentinə ünvanladığı məktubunda Makronun məlum addımının təqdir edildiyini bildirib.
Xatırladaq ki, Fransa prezidenti sosial şəbəkədəki hesabında qondarma "erməni soyqrımı” ilə bağlı aşağıdakı fikirləri səsləndirib:
"Fransa tarixlə üzləşir. Gələcək bir neçə həftə içərisində söz verdiyim kimi, 24 apreli erməni soyqırımını anma günü elan edirəm”.
Onu da qeyd edək ki, I Aramın Türkiyəyə qarşı təzyiq məqsədi ilə istifadə edilən soyqrım məsələsi ilə bağlı Fransa preizdnetinə təşəkkür məktubu erməni kilsəsi və erməni keşişlərinin siyasiləşdiyini, ötən əsrlərdə olduğu kimi bu gün də onların dindən daha çox siyasətə maraq göstərdiyini isbatlayır.Moderator