Dağlıq Qarabağda qalmaqallı futbol yarışı

Dağlıq Qarabağda qalmaqallı futbol yarışı
İşğal olunmuş Dağlıq Qarabağda daha bir qalmaqallı yarış keçiriləcək.
 
Aralarında Abxaziya, Cənubi Osetiya, Donetsk və Luqansk kimi seperatçı bölgələrdən olan 12 komandanın iştirak etdiyi futbol yarışı başlayacaq.
 
İyun ayında baş tutacaq "çempionat” Xankəndi şəhərində keçiriləcək.
 
Birləşmiş Millətlər tərəfindən tanınmayan ölkələrin komandalarının futbol yarışları ilk dəfədi keçirilmir.
 
Qeyd edək ki, Müstəqil Futbol Federasiyası (ConİFA) adlı qurum 2013-cü ildə yaradılıb. BMT-nin tanımadığı ölkələr, qismən muxtar bölgələr və bəzi etnik qrupları birləşdirir. Bundan əvvəlki yarışma İngiltərədə baş tutub.

OXŞAR XƏBƏRLƏR