Tarixi dəyişdirən kəşf: Dünyanın ilk əməliyyatı burda həyata keçirildi
21:07 / 06.02.2019
3032
Türkiyənin Bursa şəhərində YUNESKO və BUSİAD tərəfindən təşkil olunan mədəniyyət tədbiri zamanı tarixi dəyişdirən maraqlı bir kəşfdən söhbət açılıb. Tədqiqatçılar tərəfindən aparılan qazıntı işləri zamanı tapılan kəllə sümüyü parçasındakı izlərdən yola çıxılaraq dünyanın ilk cərrahiyyə əməliyyatının Göbəkli Təpədə həyata keçirildiyi ortaya çıxıb.
Kəllə sümüyü parçası ilə dünyada ilk əməliyyatın edildiyinin ortaya çıxdığını vurğulayan tarixçi Ləvənt Sevim ilk əməliyyatın 14 min il əvvəl həyata keçirildiyini açıqlayıb. Bu nəticəyə də kəllə sümüyündə olan deşikdən nail olduqlarını bildirib.Moderator