Papaya şok təklif: 40 gün ət yemə, 1 milyon qazan...
Katoliklərin ruhani lideri qeyri-adi təklif alıb. Papa Fransesko xristianların 40 gün oruc tutduğu "böyük pəhriz”də vegetarian olarsa bir milyon dollar qazanacaq.
Sfera.az xəbər verir ki, ABŞ-da Genesis Batler adlı 12 yaşlı qız tərəfindən əsası qoyulan və bir çox məşhur tərəfindən də dəstəklənən "Milyon dollarlıq veqan hərakatı”artıq xeyli tərəfdar toplayıb. Kampaniyanın məqsədi qlobal istiləşməylə mübarizə üçün ət və süd məhsulları istehlakını azaltmaqdır. Veqan hərakatı inkişaf etmiş ölkələrdə ət istehlakının azaldılmadığı müddətdə qlobal istiləşməylə mübarizənin effektsiz olacağı vurğulayıb.
Hərakatın rəhbəri Metyu Qlover Papanın seçilməsində xüsusilə Cənubi Amerikadakı nüfuzu və ətraf mühit məsələlərindəki həssaslığının rol oynadığını deyir. Lakin çağırışla bağlı Papadan hələlik bir cavab yoxdur.