Madurodan ABŞ-a xəbərdarlıq: "Hərbi müdaxilə etsən..."

Madurodan ABŞ-a xəbərdarlıq:
Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın təhlükəsizlik müşaviri Con Boltonun fikirlərinə münasibət bildirib.
 
Bolton daha əvvəl Maduroya təqaüdə çıxmağı və bu dövrdən zövq almağı məsləhət görmüşdü. Maduro məsləhətlə bağlı "Russia Today"ə açıqlama verib. Venesuela rəhbəri 90 yaşında təqaüdə çıxaraq nəvələri ilə vaxt keçirmək istədiyini deyib və bu mövqeyi dünya xalqlarına qarşı hörmətsizlik adlandırıb. "Əgər ABŞ Venesuelaya hərbi müdaxilə etsə, bu addım böyük itkilərə səbəb olacaq.", - deyə Maduro bildirib.
 
Qaynarinfo

OXŞAR XƏBƏRLƏR