Ramzan Kadırov Həbibin atasına bahalı maşın hədiyyə etdi - FOTO

Dünya
12:14 / 06.02.2019
2681
Çeçenistanın rəhbəri Ramzan Kadırov dünyaca məşhur idmançının atasına qiymətli hədiyyə bağışlayıb.
Qarışıq döyüş üzrə UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov özünün "Instagram” səhifəsində bildirib ki, Kadırov onun atasına qara rəngli "Mercedes” bağışlayıb.
İdmançı hədiyyəyə görə təşəkkürünü bildirərək deyib ki, Çeçenistanın rəhbəri hər zaman dağıstanlılara diqqət göstərib. Bu da onlardan biridir.
