Sabiq prezident yeni siyasi partiya yaradır

Sabiq prezident  yeni siyasi partiya yaradır
Türkiyənin sabiq Prezidenti Abdullah Gül və sabiq nazirlərdən olan Əli Babacan yeni siyasi partiya  yaradırlar.  
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Sfera.az xəbər verir ki,  yeni siyasi partiya 31 mart 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərindən sonra qurulacaq.   Abdullah Gül və Əli Babacan isə iddiaya, hələ ki, münasibət bildirməyib.  
 
Xatırladaq ki, Abdulla Gül uzun müddət hakim AKP-nin üzvü olub. Abdulla Gülün yeni siyasi partiya yaradacağı xəbəri birmənalı qarşılanmayıb. Türkiyə mətbuatı iddia edir ki, sabiq prezident AKP-yə qarşı müxalif düşərgədə yer alacaq.


OXŞAR XƏBƏRLƏR