Venesuellanın zəngin uşaqları sosial medianı zəbt etdi - FOTOLAR
19:58 / 05.02.2019
6656
Hazırda böyük iqisadi böhran içərisində olan Venesuelada gündəm olan məsələlərdən biri də məmurların övladlarının lüks həyatıdır.
İngiltərənin "Daily Mail” qəzeti sosialist ölkənin elitasında olanların həyatı barədə geniş yazı verib.
Venesuelalı məmur övladlarının zəngin həyatı "Instagram”da özünü göstərir. Qəzetin məlumatına görə keçmiş dövlət başçısı Uqo Çavesin qızı Maria Qabrielin 4 milyard dollardan çox sərvəti var. O bu qədər varidatı "birinci xanım” olduğu zaman yığıb. Atası U.Çavesin vəzifədəykən "zəngin olmaq pisdir” sözünü xatırladan nəşrin iddiasına görə. digər yüksək rütbəli məmurların da uşaqları lüks içində yaşayırlar. Marianın pulu Avropadakı banklardadı və kiçik bacısı Rosines 2016-cı ildə ölkəni tərk etmək məcburiyyətində qalıb. Elə həmin il bir təyyarənin salonunda bir topa pulla çəkdirdiyi şəkli sosial mediada paylaşan 21 yaşlı Rosines hazırda Parisdə yaşayır
Çavesdən sonra prezident olan Nikola Maduro və övladları barəsində də oxşar iddialar var. Ötən il İstanbul hava limanında bahalı restoranda çəkilən şəkildən sonra onun iki ögey oğlunun Parisdə bədxərclik etməməsi barədə xəbərlər mətbuata düşdü. Yosval Qavidia Flores və Volter Qavidia Flores adlı həmin şəxslər Parisdə "Ritz” hotelin lüks otaqlarında 18 gecə qalıblar və 45 min dollar pul ödəyiblər. Bu məbləğ 2 min venesuelalının minimum maaşına bərabərdir.
Chavezin qızı bu şəkildən sonra Fransaya köçməli olub
Maduronun sağ əlinin qızı olan Daniela lüks həyatında tez-tez şəkillər paylaşır