Dörd yaşlı uşaq hamilə anasını güllələdi

Dünya
10:20 / 05.02.2019
2621
Qadının vəziyyəti bir qədər yaxşılaşıb və o, başqa xəstəxanaya aparılıb.
ABŞ-da faciə baş verib. 4 yaşlı uşaq evdə olan odlu silah ilə hamilə anasını vurub. Ananı ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. O ağır travma alsa da yaşayacaq.
Hadisə ötən şənbə günü baş verib. Uşaq çarpayının altında olan doldurulmuş tapançanı tapıb və anasını üzündən vurub. Bu zaman uşağın atası da hadisə yerində olub.
Polis rəisi bildirib ki, belə silahlar gizlədilməlidir: "Amma bu silah sadəcə çarpayının altına qoyulub”.
Qadının vəziyyəti bir qədər yaxşılaşıb və o, başqa xəstəxanaya aparılıb.sputnik.az