Ermənistanda daha bir nəfər "donuz qripi"ndən ölüb

Dünya
08:54 / 05.02.2019
2474
Ermənistanda "donuz qripi"ndən daha bir ölüm hadisəsi baş verib.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Bildirilir ki, ötən bazar günü bir qadın H1N1 virusunun qurbanı olub. Ermənistanın Səhiyyə Nazirliyi xəbəri təsdiq edib. Lakin nazirlik ətraflı məlumat verməyib.
Nazirlik poliklinikalara kəskin respirator virus infeksiyalarından şikayətlə 1275 nəfərin müraciət etdiyini açıqlayıb. Rəsmi məlumata görə, onlardan 781 nəfəri xəstəxanaya yerləşdirilib. Xəstələrin 92,8 faizini uşaqlar təşkil edir.