Fransada yaşayış binasında güclü yanğın: ölənlər var - FOTO

Fransada yaşayış binasında güclü yanğın: ölənlər var - FOTO
Fransada baş verən güclü yanğında ölənlərin sayı 7 nəfərə çatıb. 

Bu barədə RTL radiostansiyası xəbər verir.  

Məlumata görə, hadisə Parisin 16-cı dairəsində, Erlenje küçəsindəki yaşayış binasında baş verib. Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib. 

Radiostansiyanın məlumatına görə, yanğın zamanı həmçinin 28 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır. 

Hadisənin başvermə səbəbi məlum deyil. 

Daha əvvəl bildirilirdi ki, yanğın zamanı 4 nəfər həlak olub, daha 25 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR