Livanın baş nazirinin erməni sevgisi: yeni hökumətə 2 erməni nazir təyin etdi

Livanın baş nazirinin erməni sevgisi: yeni hökumətə 2 erməni nazir təyin etdi
Livanda uzun müddət davam edən hökumət böhranından baş nazir Saad Hariri nəhayət çıxa bilib.
 
Sfera.az xəbər verir ki,  Saad Hariri uzun müddətdən sonra yeni hökuməti formalaşdıra bilib. Yeni hökumət 30 nazirdən formalaçdırılıb. Hökumətin 30 nazirinin arasında 2 erməni nazir də var idi.
 
Beyrutda nəşr olunan  erməni nəşri Aztaq bildirir ki, baş nazir  Saad Hariri Avetis Kitanyanı Turizm Naziri və Riçard Kuyumcyanı isə Sosial İşlər Naziri təyin edib.
 
Livanın Milli Qanununa əsasən, ölkənin prezidenti Maronit, baş nazir Sünni və parlamentin prezidenti Şiə müsəlmanları olmalıdır. Baş nazir Saad Haririnin erməni sevgisi bununla bitmir, nazirin partiyasından parlamentə seçilən 3 erməni millət vəkili də var.


OXŞAR XƏBƏRLƏR