Dərinin “ən bahalı kremi”: üzdə gəzən ilbizlər

Dərinin “ən bahalı kremi”: üzdə gəzən ilbizlər
İlbiz terapiyası dünyada populyarlaşdığı kimi ölkəmizdə də geniş yayılır. Artıq tanınmış şəxslər də bu üsula müraciət edirlər. Müğənni Tünzalə Ağayeva yaxın günlərdə ilbiz terapiyası ilə gündəmə gəlib.
İlbizdən hələ qədim dövrlərdə tibbi məqsədlə üçün istifadə olunub. Hippokrat ilbiz seliyini turşumuş südlə qarışdararaq yanıqlarım müalicəsində istifadə edirdi.

Bəs ilbiz terapiyası dəri üçün nə dərəcədə faydalıdır?

İlbiz terapiyası üçün iri Afrika axantini növü tətbiq edilir. Bu ilbizlər "ev” şəraitində yetişdirilir. Qeyd edək ki, təbii halda çoxalan kiçik ilbizlərdən bu məqsədlə istifadə edilmir.

İlbizin ifraz etdiyi selik dəri üçün çox faydalıdır. Belə ki, onun dəriyə təsiri nəticəsində dəridə bir sıra faydalı maddələr sintez olunur.

Bunlara aşağıdakılar aiddir:

1.Kollagen
2.Elastin
3.Allantoin
4.Qlikol turşusu
5.Proteaza
6.Xitozan
7.A, C, E, B6, B12 vitaminləri

İlbiz terapiyasını yalnız üzdə deyil, bədənin müxtəlif nahiyələrində - dekoltedə, qarında, çanaqda, əllərdə də etmək mümkündür.

İlbiz terapiyasının təsiri ilə dəridə aşağıdakılar baş verir:

1)Dərinin regenerasiyası
2)Nəmlənməsi
3)Rənginin yaxşılaşması
4)Piy vəzilərinin fəaliyyətinin yaxşılaşması
5)Ölü hüceyrələrin təmizlənməsi
6)Qırışların açılması
7)Sallanmaların aradan qaldırılması
8)Piqment ləkələrin təmizlənməsi
9)Çapıqların aradan qaldırılması
10)Yanıq izlərinin aradan qaldırılması

Terapiyanın tətbiqi üçün ilk növbədə üzdən kosmetika tamam təmizlənməlidir. Təmiz dəri südlə silinir. İlbiz axar suyun altında yuyulur. Üzə qoyularaq hərəkət etməsi təmin edilir. Onun ağız və göz ilə təmasına yol verilməməlidir. Onun dəri üzərinə selik ifraz etdiyindən əmin olun. 15-20 dəqiqədən sonra ilbizi götürərək dərini masaj edin. Daha 15 dəqiqə gözləyin. Selik tamamailə quruduqdan sonra üz təmiz su ilə yuyulmalıdır. Medicina

OXŞAR XƏBƏRLƏR

Ödənişləri kartdan-karta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Budəfəki məsələ uşaq bağçalarında ödənişlərin qeyri-rəsmi yollar...

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszad...

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...