Unibank-da 3 yeni təyinat

15:53 / 04.02.2019
3236
Unibankın təşkilatı və idarəetmə strukturunda bir neçə yeni təyinat olub.
Sfera.az bildirir ki, rəhbərliyin qərarı ilə Heybət Qədirov – Pərakəndə biznes üzrə Baş inzibatçı, Tural Hüseynov isə Korporativ biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin ediliblər. Hər ikisi öz karyeralarına Unibankda başlayıblar.
Heybət Qədirov – 9 il, Tural Hüseynov isə 10 ildir Unibank komandasının üzvüdür.
Bank rəhbərliyinin digər bir qərarı ilə Unibank komandasına yeni qoşulan Elçin Abdullayev, Transformasiya üzrə Baş inzibatçıvəzifəsinə təyin edilib.