Filippində kilsəni partladan şəxs polisə təslim olub

Hadisə
14:00 / 04.02.2019
1905
Filippində katolik kilsəsində partlayış törətməkdə təqsirli bilinən şəxs və onun "Əbu Sayyaf” terror təşkilatının üzvü olmaqda şübhəli bilinən dörd tərəfdaşı polisə təslim olub.
Bu barədə "The Straits Times” qəzeti təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.
Milli Polis İdarəsinin rəisi general Oskar Albayalde bildirib ki, ötən istirahət günlərində partlayış törətməkdə şübhəli bilinən beş nəfər polisə təslim olub. Polisin rəyinə görə, Kamma Pae adlı şəxs İndoneziyadan gələn ailə ilə əlbir olaraq kilsədə partlayış törədiblər. O.Albayalde əlavə edib ki, həmin hücum təqribən bir il ərzində planlaşdırılıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları daha 14 şübhəlinin axtarışlarını davam etdirir.
Xatırladaq ki, yanvarın 27-də Xolo dağında yerləşən Sulu əyalətindəki kilsədə partlayış törədilmişdi. Faciə nəticəsində 20 nəfər ölüb, 111 nəfər isə yaralanıb.