AFFA İqor Tudorla anlaşıb?
İdman
11:13 / 04.02.2019
2832
Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər arasında göstərilən Slavolyub Musilin işsiz qalıb. Təcrübəli mütəxəssis "Əl-Feyxa" klubundan qovulub. Buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisinin uğursuz çıxışı göstərilib.
Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər arasında göstərilən Slavolyub Musilin işsiz qalıb. Matc.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis "Əl-Feyxa" klubundan qovulub.
Buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisinin uğursuz çıxışı göstərilib. Serbiyalı həmkarlarımız Musilinin Azərbaycan yığmasına təyinatının baş tutmayacağını da vurğulayıblar.
Maraqlıdı ki, yerli "HotSport" nəşri AFFA-nın xorvatiyalı İqor Tudorla anlaşdığını iddia edib.
Qeyd edək ki, italiyalı mütəxəssis Anjelo Alessio yığmamızın baş məşqçi postuna əsas namizəddi. O, hətta Bakıya gələrək, AFFA rəsmiləri ilə də bunu müzakirə edib.