Məkkəyə Ümrə ziyarəti internetlə bronlanacaq
Cəmiyyət
09:15 / 04.02.2019
2650
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ümrə ziyarətinə gedən zəvvarlara kömək məqsədilə elektron portalda yeni qaydalar tətbiq edib.
Ümrə ziyarətini arzulayanlar dünyanın hər bir tərəfindən elektron portal vasitəsilə xidmətlər paketini ehtiyatda saxlamaq məqsədilə sorğu göndərə və elektron viza əldə edə bilərlər. Bu addım nazirliyin rəqəmsal transformasiyaya strateji yanaşma və zəvvarların qəbulu prosedurlarının asanlaşdırılmasından ötrü rəqəmsal platformanın yaradılması çərçivəsində atılıb. Ölkəyə gəlmək və Ümrə ziyarətində olmaq istəyənlər xidmətlər paketi və qiymətlərlə bilavasitə ziyarəti "Makam” portalının köməyi ilə təşkil edən şirkət vasitəsilə tanış ola bilərlər.
Həcc və Ümrə nazirinin müavini Əbdül Fəttah bin Süleyman Maşat bildirib ki, "Makam” portalının istifadəyə verilməsi nazirliyin ildə 30 milyon zəvvarın Ümrə ziyarətini yerinə yetirməsini nəzərdə tutan "Baxış-2030” məqsədlərinin icrası istiqamətində səylər çərçivəsində həyata keçirilib.
Həcc ziyarəti arzusunda olan müxtəlif ölkə vətəndaşları portala bu link vasitəsilə daxil ola bilərlər: //eservices.haj.gov.sa/eservices3/pages/home.xhtml?dswid=2981.
Azertac