“Qarabağ” - “Seltik” oyununa bilet satışı bərpa edildi

“Qarabağ” - “Seltik” oyununa bilet satışı bərpa edildi

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Seltik” cavab görüşü üçün biletlərin satışı bərpa olunub. 

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qafqazinfo.az-a açıqlamasında bildirib ki, biletlərin qeyri-leqal yolla satışının aradan qaldırılması üçün sistemdə bəzi təmizləmə və təkmilləşdirmə işləri aparılıb: “Biz istəyirik ki, qara bazar insanların bilet almasına mane olmasın. Bu gün səhərdən etibarən satış bərpa olunub. Həm mühafizə orqanları, həm əlavə qüvvə, həm də klubun əməkdaşları bilet satışında iştirak edir". 

Mətbuat katibi onu da bildirib ki, dünən 17:00-da satış dayandırılıb və o zamana kimi 10 min bilet satılıb: "Ümumi olaraq satışa 30 min bilet çıxarılıb, bu gün və sabah satışın yüksək olacağı gözlənilir".

Qeyd edək ki, avqustun 5-də  “Qarabağ” – “Seltik” matçı Respublika stadionunda saat 21:00-da başlanacaq.


OXŞAR XƏBƏRLƏR