"Amrahbank” yenidən böyüməyə başlayıb - Cədvəl

2017-ci illə müqayisədə 2018-ci ildə "Amrahbank”ın cəmi aktivləri 25 milyon 560 min manat və ya 12,5% artaraq 230 milyon 330 min manata çatıb. "Amrahbank” 2017-ci ilin sonunda 204 milyon 770 min manat cəmi aktivlərə malik idi.

FED.az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, illik müqayisədə "Amrahbank”ın xalis kredit portfeli (müştərilərə verilən kreditlər) 16 milyon 677 min manat və ya 17,5% artaraq 111 milyon 862 min manata qalxıb.

İllik müqayisədə müştəri hesabları (o cümlədən müddətli və tələbli depozitlər) 139 milyon 405 min manatdan 185 milyon 930 min manata yüksəlib (33,3% artıb). 

2017-ci illə müqayisədə 2018-ci ildə "Amrahbank”ın cəmi öhdəlikləri 44 milyon 223 min manat və 27,7% artaraq 203 milyon 928 min manata çatıb.

Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Bankın aktivləri, kredit portfeli və öhdəlikləri azalmışdı.

Ötən il "Amrahbank”ın cəmi gəlirləri 16 milyon 889 min manat, cəmi xərcləri isə 29 milyon 442 min manat təşkil edib. Bank ötən ili 12 milyon 553 min manat zərər ilə başa vurub. 2017-ci ildə "Amrahbank”ın cəmi gəlirləri 23 milyon 122 min manat, cəmi xərcləri 31 milyon 723 min manat təşkil etmişdi. Bank həmin ili 8 milyon 601 min manat zərər ilə bağlamışdı.

"Amrahbank”ın aktivlərinin, o cümlədən müştərilərə verilən kreditlərin yenidən artmaqda davam etməsilə Bankın gəlirlərinin artacağı gözlənilir.

Ötən il "Amrahbank” xarici valyuta əməliyyatları üzrə 3 milyon 783 min manat xalis gəlir əldə edib.





OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...