Kaqava “Beşiktaş”da

İdman
08:14 / 01.02.2019
2888
Almaniyanın "Borussiya” (Dortmund) klubunun futbolçusu Sindzi Kaqava karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı yaponiyalı yarımmüdafiəçi "Beşiktaş”a icarəyə verilib.
Kaqava cari mövsümün sonunadək İstanbul klubunda çıxış edəcək. Dortmund təmsilçisinin baş məşqçisi Lüsyen Favra lazım olmayan asiyalının "Monako”ya keçəcəyi gözlənilsə də, yarımmüdafiəçi Türkiyəyə üz tutub.
Qeyd edək ki, 2014-cü ildə "Mançester Yunayted”dən "Borussiya”ya qayıdan Kaqava cari mövsüm yalnız 2 matçda meydana çıxıb.