Masaj salonunda görünməmiş rəzalət - 20 qadın tutuldu...
16:22 / 31.01.2019
3058
Adanada masaj salonlarının birində fahişəliklə məşğul olduqları iddia edilən 20 qadın həbs olunub. Tutulanların ümumi sayı isə 38 nəfərdir.
Məhkəmə eyni zamanda fahişəlik şəbəkəsinə başçılıq etdiyi deyilən 8 şübhəlinin 1 milyon 800 min lirə (344 min 648 dollar) məbləğində əmlakı müsadirə edilib.
Şəbəkə liderlərinin müxtəlif yerlərdə binalara və lüks maşınlara sahib olduqları ortaya çıxıb.
Əxlaqsızlıq yuvasına edilən növbəti basqınlar zamanı polis ümumilikdə 44 nəfəri tutub. 100- nəfərə yaxın insanın isə şübhəli şəxs qismində ifadəsi alınıb.
Məlum olub ki, şəbəkə rəhbərləri obyektlərin ətrafında polislərin gəlməsini əvvəlcədən xəbər vermələri üçün gündəlik 100-150 lirə müqabilində muzdlu nəzarətçilər qoyurmuş.
Sorğu zamanı iddiaları boyunlarına almayan 6 nəfər sərbəst buraxılıb.
Məlumata görə, şəbəkə lideri fahişəlikdən əldə edilən çirkli pulları leqallaşdırmaq məqsədilə şəhərin mərkəzində brend çanta dükanı açıbmış.
Qeyd edək ki, masaj salonunun fəaliyyətinə son qoyulub.teleqraf