Səudiyyədə korrupsiya əməliyyatı 106 milyard qazandırdı
Dünya
13:04 / 31.01.2019
2680
Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatları ölkəyə 106 (400 milyar rial) milyard dollar qazandırıb.
Ölkənin rəsmi xəbər agentliyi SPA-nın yaydığı Kraliyyət Şurasının xəbərinə görə, korrupsiya ilə mübarizə komissiyası şahidlik üçün 381 nəfərin ifadəsinə baxıb.
Prokurorluğun nəzarətində olan bütün sənədlər araşdırıldıqdan sonra bəzi şəxslərə rəsmi ittiham irəli sürülüb.
Haqqında korrupsiya ittihamı sübut olunmayanlar sərbəst buraxılıb. Günahını etiraf edən 87 nəfər istintaqla əməkdaşlığa razılıq verib. Razılıq verməyən, amma haqqıda ciddi faktlar olan 56 nəfər barəsində cinayət işi açılıb.
Korrupsiya ilə mübarizə tədbirləri nəticəsində xəzinəyə daşınmaz əmlak, şirkət, nağd pul və digər formalarda 106,6 milyar dollardan artıq gəlir daxil olub.
Sfera.az