Bu sözlər amerikalıları coşdurdu: "Trampın prezident olmasını Tanrı istədi"
Ağ Evin sözcüsü Sarah Sanders Donald Trampın 2016-cı ildə prezident seçilməsini "Tanrı istədi” sözləriylə şərh edib.
Sfera.aztürk mediasına istinadən xəbər verir ki, Sarah Sanders bu haqda CBN kanalında yayımlanan verilişdə qonaq olarkən deyib və onun bu fikirləri ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Tanrının hər kəs üçün bir rol biçdiyini qeyd edən Sanders "Tanrı, Trumpın prezident olmasını istədi, orda olmasının səbəbi dəbudur” şəklində danışıb.
Daha sonra Sanders "Tramp prezidentlik müddətində dini inancları olan şəxslərin dəyər verdiklərini dəstəkləyən bir çox işlərə uğurlu imza atıb” deyə qeyd edib.
Onun bu fikirləri isə Amerika mediasında və ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Kimisi dəstəkləsə də, bir çoxları Sandersin dediklərinə sərt reaksiya verib.
Həmçinin Sander çıxışı zamanı ABŞ-ın Suriyadan çəkildiyi müddət ərzində bölgədə olan xristian və kürdlərin zərər görməməsi üçün çalışdıqlarını, bununla bağlı Türkiyə ilə təmasda olduqlarını bildirib.
Sfera.az