Türkiyə Azərbaycanla birgə... - İrəvanı SİLKƏLƏYƏCƏK XƏBƏRDARLIQ
Cəmiyyət
10:52 / 31.01.2019
2856
Ermənistan mediasında Türkiyənin Naxçıvana hərbi baza yerləşdirə biləcəyi haqqında iddialar səsləndirilir. Bu iddialar fonunda Ermənistanda ciddi narahatlıqlar yaranıb.
"Verelq” saytı yazır ki, Türkiyə bu addımı atarsa, Ermənistan üçün ciddi problemlər yaranacaq.
"Azərbaycan fəal şəkildə silahlanır, Qarabağ münaqişənin hərbi yolla həlli variantı daim masanın bir kənarında gözləyir. Əgər problem sülh yolu ilə həll olunmasa və ərazilər qaytarılmasa, o zaman döyüş başlanacaq. Naxçıvan müharibədə Ermənistana zərbə endirmək üçün əla cəbhə ola bilər”, - deyə sayt yazıb.
Saytın analitikləri qorxularını açıqlayır və qeyd edirlər ki, Qarabağda müharibə başlasa, Naxçıvan cəbhəsi Ermənistanın arxasındakı "Troya atı” ola bilər: "Azərbaycan bütün strateji yolları nəzarətdə saxlayır və döyüş zamanı erməni hərbi birləşmələrini bir-birindən asanlıqla ayıra bilər. Digər tərəfdən, İrəvan da Azərbaycanın Naxçıvanda yerləşdirdiyi ağır artilleriyanın hədəf mənzilindədir”.Publika