Kişilər üçün 6 ən xeyirli ədviyyat - Bir çimdik şəfa

Kişilər üçün 6 ən xeyirli ədviyyat - Bir çimdik şəfa
Azərbaycan mətbəxində ədviyyatlardan çox istifadə edilir. Həkimlər bildirirlər ki, ədviyyatların köməyi ilə hətta xəstəliklərdən sağalmaq da mümkündür. Ədviyyatlar ürək-damar və onkoloji xəstəliklərlə mübarizədə dərman kimi təsir göstərir. 

Ədviyyatların tərkibində külli miqdarda antioksidantlar mövcuddur. Bu maddələr xərçəngdən tutmuş qocalmaya qədər baş verən bütün proseslərin səbəb olan azad radikalların işini zəiflədir. Bir çimdik ədviyyatda 1 stəkan giləmeyvədə olduğundan daha çox antioksidant mövcuddur. 

Ədviyyatlar hər bir orqanzim üçün çox faydalı hesab edilir. Lakin bəzi ədviyyatlar var ki, onlar kişi orqanizmi üçün daha uyğundur.

1)Sarıkökün və darçının tərkibində olan maddələr qanda olan xolesterinin və şəkərin səviyyəsini tez və effektli bir şəkildə azaldır.

2)Zəncəfil, mixək, darçın güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsirə malikdir. Onlar daxili gücü hərəkətə keçirərək orqanların qanla təhcizatını yaxşılaşdırır. Nəticədə insan daha sürətlə sağalır. 

3)Ədviyyatlar həzmi və maddələr mübadiləsini sürətləndirir. 

Alimlər bildirirlər ki, hətta yemək arası qəbul edilən acı qidalar insanın tez doymasını təmin edir. Bunun səbəbi acı ədviyyatların tərkibində olan kapsiasin maddəsinin təsiridir. Bu maddə insanda doyma hissi yaradır, nəticədə insan az qidalanır. Bundan əlavə, kapsiasin maddəsi enerji sərfiyyatını 23% azaldaraq piy hüceyrələrinin çoxalmasını tormozlayır.  

4)Ədviyyatlar arasında afrodizyaklar çoxdur. Buna görə də muskat qozunu qadın, reyhanı isə kişi ədviyyastı adlandırırlar. Bu ədviyyatların tərkibində olan efir yağları cinsi vəzlərin işini yaxşılaşdıraraq onların sekresiyasını artırır. Vanilin tərkibində olan uçucu efirlə isə sinir sisteminə sakitləşdirici təsir göstərir. 

5)Ədviyyatların tərkibində olan antioksidantlar konseragenlərlə aktiv mübarizə aparırlar. Sarıkökün tərkibində olan maddə bədəndə gedən biokimyəvi prosesləri bloklayaraq baş və boyun xərçənginin əmələ gəlməsinin qarşısını alır. 

6)Qıtıqotunun (xren) tərkibində olan maddələr isə xərçəng hüceyrələrini məhv etmək qabiliyyətindədirlər. 

Bütün bu sadalananları nəzərə alaraq yeməklərinizdə süni dad artırıcılara deyil, təbii ədviyyatlara yer ayırın.Medicna.az

OXŞAR XƏBƏRLƏR

Bakıda tanınmış bloqerlər vətəndaşları aladadıb - İDDİA

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.   Sfera.az&nbs...

Bu bürclər diqqətli olmalıdır - Gərginlik artacaq

Bu gün səmada dinamik və güclü enerjilər hökm sürür. Ayın Əqrəb bürcündə olması emosional dərinlik və ehtiraslı reaksiyalara zəmin yaradır. Bu, həm də gözlənilm...

Xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.  ...

Uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN OLUNUR?

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrlə bağlı ayrı bir qanun layihəsi var. Burada söz və fikir azadlığının məhdudlaşdırılması nəzərdə tutulmu...

Bu ölkədən Trampa 400 milyon dollarlıq hədiyyə

ABŞ-da Demokratlar Partiyasından olan konqresmen Riççi Torres Prezident Donald Trampın Qətər kral ailəsindən dəyəri 400 milyon dollar olan "Boinq 747-8&quo...

Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə verdiyi açıqlamalarda, müsahibələrində irəli sürdüyü tezislər hər zaman diqqət mərkəzində olur. Ölkə...