Məşhur aktrisadan rus boksçuya şok iddia: 8 milyon dollar versin

Məşhur aktrisadan rus boksçuya şok iddia: 8 milyon dollar versin
Amerikalı model və televiziya aparıcısı, aktrisa Jamie Fronts WBO versiyası üzrə  dünya çempionu , məşhur boksçu rusiyalı Sergey Kovalevi məhkəməyə verib.
 
Sfera.az xəbər verir ki, aktrisa ilə boksçu arasında bir ildir ki, davam edir.   Kovalev ötən ilin iyunun 9-da gecə klubunda məşhur aktrisanı döyməsi iddiası ilə Kaliforniyada həbs edilmişdi.  Məhkəmə ekspertisanın rəyinə görə boksçu aktrisanın burun və qabırğasını qırıb. İddia subuta yetrilsə boksçu aktrisaya 8 milyon dollar ödəməli olacaq.
 
 Instagram-da bu barədə yazan məşhur aktrisa boksçu haqqında çox sərt fikirlər yazıb:
"O, cəzasını alacaq.Mən ondan 8 milyon dollar istəyirəm. Bu pulu ondan alacam. ".

Kovalev ABŞ-da fevralın 2-də WBO dünya çempionu Kolumbiyalı Eleider Alvarez ilə revanş döyüşünə çıxacaq. Keçən il  Kovalevilk döyüşdə Alvarezə məğlub olmuşdu.  35 yaşlı Kovalyov hesabında 32 qalibiyyət və 3 məğlubiyyət var.


OXŞAR XƏBƏRLƏR