Kralın səfərindən sonra bayraq qalmaqalı - FOTO
09:08 / 31.01.2019
2669
İspaniya Kralı VI Filipin İraqa səfəri qalmaqala səbəb olub.
Azvision.az xəbər verir ki, Kralın olduğu təyyarədə İraqın 29 il əvvəlki bayrağının asılması görənləri təəccübləndirib. Bu hadisə sosial şəbəkələrdə geniş etiraz doğurub.
Bayraq qalmaqalında İspaniya səfirliyi tənqid atəşinə tuş gəlib. Səfirlik dərhal açıqlama yayaraq İraq xalqından yol verilən yanlışlığa görə üzr istəyib.
Qeyd edilib ki, İspanya təyyarəsindəki bayraq 1968-ci ildə hakimiyyətə gələn Baas rejiminə məxsus olub. Səddam Hüseyn 1991-ci ildə bayrağa dəyişiklik edərək üzərinə "Allahu Əkbər" sözlərini əlavə edib. Onun hakimiyyətdən devrilməsindən sonra dövlət bayrağı yenidən dəyişdirilib.
1991-ci ildə dəyişiklik edilən İraq bayrağı
İraqın hazırki bayrağı...