Tramp özünü prezident elan edən Quaydo ilə telefonda danışdı

Tramp özünü prezident elan edən Quaydo ilə telefonda danışdı

Amerika lideri Donald Trampla özünü müvəqqəti prezident elan etmiş Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaydo arasında telefon danışığı olub.

Bu barədə "ABC News" Ağ Evə istinadən məlumat yayıb.

"O, (Tramp - red) onu (Quaydonu - red) prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, həmçinin yenidən Venesuelada demokratiyanın bərpası mübarizəsinə güclü dəstəyini təsdiq edib", - deyə Ağ Evin açıqlamasında bildirilir.

Qeyd edilir ki, Quaydo ABŞ-ın Venesuelanın çiçəklənməsi və azadlığına sədaqəti sözlərinə görə Trampa minnətdarlığını bildirib.

Quaydo həmçinin bütün Venesuelada bu gün və şənbə günü Maduroya qarşı keçirilməli olan iri miqyaslı etirazların əhəmiyyətini qeyd edib. 


OXŞAR XƏBƏRLƏR