“Roma” və “Yuventus” darmadağınla uduzdu
İdman
08:00 / 31.01.2019
2180
İtaliya kubokunda 1/4 finalın daha iki görüşü keçirilib. "Napoli”ni 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn "Milan”dan sonra daha iki klub finalın bir addımlığına yüksəlib.
İlk olaraq meydana "Fiorentina” ilə "Roma” çıxıb. Görüş florensiyalıların gözlənilmədən böyükhesablı qələbəsi ilə yekunlaşıb. "Fio” 7:1 hesablı qələbəyə sevinib.
Günün ikinci matçında isə "Atalanta” ilə "Yuventus” üz-üzə gəlib. Bu qarşılaşmada da gözlənilməz hesab qeydə alınıb. Qasperinin yetirmələri "qoca sinyora”nı 3 cavabsız qolla məyus edib.
İtaliya kuboku
1/4 final
30 yanvar
"Fiorentina” – "Roma” – 7:1
Kyeza, 7, 18, 74, Muriel, 33, Benazzi, 66, Simeone, 79, 89 – Kolarov, 28
"Atalanta” – "Yuventus” – 3:0
Kastanye, 37, Zapata, 39, 86