Putinlə Ərdoğan teatrda görüşəcəklər

Putinlə Ərdoğan teatrda görüşəcəklər
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin Mədəniyyət və Turizm İlinin açılışını Böyük Teatrda edəcəklər.

Sfera.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Putinlə Ərdoğanın görüşü barədə məlumatı Türkiyənin mədəniyyət və turizm naziri Əhməd Haluk Dursun yayıb. Onun sözlərinə görə, liderlərin görüşü aprelin 8-də Böyük Teatrda baş tutacaq.


Xatırladaq ki, 2019-cu il Moskva və Ankarada "Rusiya-Türkiyə Mədəniyyət və Turizm İli” elan olunub.

OXŞAR XƏBƏRLƏR